Pakistan antiterror əməliyyatı keçirdi | Pakistan İranı vurdu
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib. Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib.
Bildirilib ki, həyata keçirilən “Marg Bar Sarmachar” kod adlı əməliyyatda bir neçə terrorçu məhv edilib.
İran mediası isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. Ölənlərin hamısının İran vətəndaşı olmadığı da bildirilib.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
