Pleyeri seçin:
Pakistan ölkədəki vəziyyətlə bağlı təcili hərəkətə keçdi | Səhiyyə Nazirliyindən mühüm açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistan səhiyyə naziri Seyid Mustafa Kamal ölkədə bütün səhiyyə orqanları və xəstəxanaların yüksək hazırlıq vəziyyətində olduğunu bildirib.
O, bölgədəki mövcud gərginliyin bu tədbirləri görməyə vadar etdiyini söyləyib.
“Mövcud geosiyasi iqlimi nəzərə alaraq yarana biləcək fövqəladə halların aradan qaldırılması üçün fəal şəkildə kompleks tədbirlər həyata keçiririk”, – Seyid Mustafa Kamal qeyd edib.
Səhiyyə Nazirliyinin sözçüsü Sacid Hüseyn Şah da söyləyib ki, İslamabad Səhiyyə Təşkilatı nazirin göstərişlərinə əsasən paytaxtdakı bütün dövlət və özəl xəstəxanalara hərtərəfli təcili yardımla bağlı məktub göndərib.
Məktubda bütün qan qrupları üzrə lazımi qədər qan ehtiyatının saxlanmasının vacibliyi vurğulanır.
Kopyalandı
