Pleyeri seçin:
Pakistanda daşqın zamanı 351 nəfər öldü
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanda daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.
Bu barədə Milli Fəlakətlərin İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, Xayber-Paxtunxva əyalətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 328 nəfərə çatıb, Gilgit-Baltistanda 12 nəfər, Azad Kəşmirdə 11 nəfər həyatını itirib.
Qeyd olunur ki, təbii fəlakət zamanı 120 nəfər yaralanıb.
Daşqınlar və torpaq sürüşmələri 116 evə ziyan vurub. Çoxlu ev su altında qalıb, bəzi ərazilərdə rabitə kəsilib.
Təbii fəlakətin ziyan vurduğu ərazilərdə axtarış-xilasetmə tədbirləri davam edir.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
