Pakistanda dəhşət dolu anlar | Yüzlərlə insan bu fəlakətin qurbanı oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Pəncab, Azad Cəmmu və Kəşmirdə daşqın təhlükəsi yaranıb.
Pakistanın təbii fəlakətlərlə mübarizə idarəsindən bildirilib ki, leysan yağışlarına görə çaylarda suyun səviyyəsi qalxıb. Ravi və Çənab çayları 48 saat ərzində daşa bilər. Lahor, Sialkot, Kasur, Pakpattan və Veharinin suyun altında qalması ehtimal olunur.
İnsanların təxliyəsinə başlanılıb, 3 min insan xilas edilib. Minçinabad və Burevalda kəndləri su basıb.
Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, xilasetmə işləri nəticəsində 174 074 nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Qeyd edək ki, iyunun sonlarında başlayan sel və daşqınlar Pakistanda 800-ə yaxın insanın ölümünə səbəb olub. Həlak olanlar əsasən çaylara yaxın ərazidə yaşayanlardır.
Musson yağışlarının sentyabrın 10-na qədər davam edəcəyi gözlənilir.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
