Pleyeri seçin:
Pakistanda fəlakət | Xeyli insan həlak oldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanda iyun ayının sonundan başlayan musson yağışları 660 nəfərin həyatına son qoyub, 929 nəfər yaralanıb.
Bu barədə Pakistan Milli Fəlakətlərin İdarəedilməsi İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində 2 500-ə yaxın binaya ziyan dəyib, 30 minə yaxın insan təxliyə edilərək müvəqqəti sığınacaqlara yerləşdirilib.
Məlumata görə, ən çox insan itkisi ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində qeydə alınıb. 392 nəfər həyatını itirib.
Qeyd edək ki, builki musson yağışlarının keçən illə müqayisədə 50-60 faiz daha sıx olduğu bildirilib. Yağışların avqustun 22-dək davam edəcəyi ilə bağlı xəbərdarlıq da edilib.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
