Pleyeri seçin:
Pakistanda musson yağışları evləri suya qərq etdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanda davam edən güclü musson yağışları nəticəsində azı 160 nəfər həyatını itirib, 400-ə yaxın insan isə xəsarət alıb.
Ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinin məlumatına görə, Pəncab əyalətində vəziyyət daha kritikdir. Burada 120-dən çox evə ziyan dəydiyi, 63 nəfərin öldüyü, 300 nəfərin isə xəsarət aldığı barədə məlumat verilib.
Sinoptiklər yaxın günlərdə yağıntıların daha da güclənə biləcəyi ilə bağlı xəbərdarlıq edərək yerli hakimiyyət orqanlarını fövqəladə hallara hazır olmağa çağırıblar.
Qeyd edək ki, iyul-sentyabr aylarında müşahidə olunan musson mövsümü hər il Pakistanda yüzlərlə insanın həyatına son qoyur, kənd təsərrüfatı və infrastruktur obyektlərinə ciddi ziyan vurur.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
