Pakistandakı partlayışda neçə nəfər həlak oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanın Pəncab vilayətindəki kimya zavodunda qazanxananın partlaması nəticəsində azı 20 nəfər ölüb, həlak olanlardan 3-ü uşaq, 2-si qadındır.
Ümumiyyətlə, ölənlərin çoxu zavodun yaxınlığındakı binaların sakinləridir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaxınlıqda olan 10 ev ziyan görüb, partlayış nəticəsində başlayan yanğın sürətlə ətrafa yayılıb.
Feysəlabad şəhərinin komissarı Raca Cahangirin sözlərinə görə, partlayışa səbəb qaz sızması olub. Bununla yanaşı, onlarla insan yaralanıb.
Ölkə mətbuatında verilən məlumatda bildirilib ki, xəsarətalanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır. Zavodun içərisində hələ də insanlar olduğundan ölənlərin sayının arta biləcəyi vurğulanıb.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
