Parisdə Ukrayna ilə bağlı aparılan danışıqlar boşa çıxdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Avropa İttifaqı və NATO-nun nümayəndələri arasında Parisdə təşkil olunan danışıqlar birgə bəyanat olmadan başa çatıb. Bununla da, Fransa Prezidenti Emmmanuel Makronun təşəbbüsü ilə çağırılan Ukrayna ilə bağlı fövqəladə toplantı nəticəsiz qalıb.
Görüş Yelisey sarayında keçirilib. Təxminən 3 saat davam edən danışıqlardan sonra heç bir ümumi bəyanat imzalanmayıb. Qeyd edilir ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingentin göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə bağlı ola bilər.
Qeyd edək ki, E.Makron Parisdə keçirilən qeyri-rəsmi görüşə Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini dəvət edib. Danışıqlarda Ukraynaya təqdim edilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə edilib.
#Avropa İttifaqı teqi istifadə olunub
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Almaniya kansleri Aİ-nin genişlənməsinin tərəfdarı olduğunu bəyan edib
- Şirkət qeyri-neft sektorunun ixracyönümlü sahələrinə investisiya yatıra bilər - Baku TV
- Fransadakı seçkilər Moskva əleyhinə məhdudiyyətlərə təsir edə bilər
- Brüssel Moskva ilə əlaqələri bərpa edir? - Baku TV CANLI
