Pleyeri seçin:
Pentaqon elit dəstələrini Venesuela yaxınlığında yerləşdirib?
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Venesuela Prezidenti Nikolas Maduronun administrasiyasına təzyiqi artırmaq məqsədilə ölkə yaxınlığında Amerika hərbçilərinin elit dəstələrini yerləşdirib.
Bu barədə "The New York Post" məlumat yayıb.
Məqalədə bildirilir ki, sözügedən bölmə 160-cı Xüsusi Əməliyyat Aviasiya Alayıdır.
Qeyd olunub ki, bir müddət əvvəl Qəraib dənizi yaxınlığında keçirilən əməliyyatda da məhz həmin komanda iştirak edib.
Xatırladaq ki, ABŞ Venesuelaya məxsus narkotik daşıdığı deyilən bir neçə gəmiyə zərbə endirib. Ağ Ev rəhbəri Donald Tramp faktı təsdiq edib və Venesuela sahillərində sualtı qayığın məhv edildiyini açıqlayıb.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
