Pentaqon hərbi əməliyyatları nəzərdən keçirir?
Yeniliklərdən dərhal xəbərdar olun
Pentaqon son həftələrdə Kubaya qarşı mümkün hərbi əməliyyat variantlarını, o cümlədən ABŞ Ordusunun 101-ci hava-desant diviziyasının tərkibində olan minlərlə hərbçinin iştirakı ilə desant əməliyyatını nəzərdən keçirir.
Bu barədə "CBS News" bir neçə mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, söhbət qəbul edilmiş qərardan deyil, ilkin hərbi planlaşdırmadan gedir.
Onlar vurğulayıblar ki, ABŞ Prezidenti Donald Tramp və Pentaqon rəhbərliyi hələlik hər hansı əməliyyatın keçirilməsinə icazə verməyib.
Telekanal qeyd edir ki, ötən ayın sonunda ABŞ hərbçiləri qapalı brifinq keçiriblər. Brifinq zamanı ayrı-ayrı missiyaların həyata keçirilməsi ilə bağlı mümkün ssenarilər, tələb olunan qüvvələrin sayı, logistika və potensial risklər müzakirə olunub.
Bununla yanaşı, "CBS News"un həmsöhbətləri hesab edirlər ki, yaxın vaxtlarda ABŞ-nin hərbi diqqətinin Kubaya yönəlməsi ehtimalı azdır. Buna səbəb ABŞ qüvvələrinin və resurslarının əhəmiyyətli hissəsinin artıq İrana qarşı keçirilən əməliyyata cəlb olunmasıdır.
#ABŞ Ordusu teqi istifadə olunub
- İrana qarşı 96 saatlıq hücum iddiası
- ABŞ ucuz raketlərlə Çin donanmasının müdafiəsini yarmağı hədəfləyir
- ABŞ regiona əlavə qüvvələr göndərilməsi variantını gündəmdə saxlayır
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- Fars körfəzində gözlənilməz mənzərə | ABŞ ordusu geri çəkilməyə məcbur oldu? - Baku TV
