Pentaqon İranla bağlı mümkün hərbi əməliyyatlar üçün planlar hazırlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib.
Bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, toplantı şənbə günü Trampın Virciniya ştatındakı qolf klubunda keçirilib. Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edib.
CNN bildirir ki, Trampın yaxın günlərdə milli təhlükəsizlik komandası ilə daha bir görüş keçirməsi gözlənilir.
Telekanalın məlumatına əsasən, Pentaqon İranla bağlı mümkün hərbi əməliyyatlar üçün bir neçə plan hazırlayıb. Həmin planlarda İranın enerji və infrastruktur obyektlərinə zərbələrin endirilməsi variantları da yer alır.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
