Perunu etirazlar bürüdü - BAKU TV
Yeniliklərdən dərhal xəbərdar olun
Perunu etirazlar bürüdü - BAKU TV
Peruda siyasi gərginlik və iğtişaşlar davam edir.
Ölkənin paytaxtı Lima şəhərində etirazlar zamanı azı 2 nümayişçi həyatını itirib, biri polis əməkdaşı olmaqla 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edək ki, etiraz aksiyaları paytaxtla yanaşı, ölkənin bir sıra regionlarında keçirilir.
Aksiya iştirakçıları sabiq prezident Pedro Kastilyonun dövlət başçısı vəzifəsindən uzaqlaşdırılmasından sonra parlamentin fəaliyyətini dayandırmağı və yeni seçkilərin vaxtından əvvəl keçirilməsini tələb edirlər.
Xatırladaq ki, dekabrın 10-da yeni prezident Dina Boluarte mövcud vəziyyətdən dinc şəkildə çıxış yolu tapmaq üçün həmvətənlərini təmkinli olmağa çağırıb.
Aktual xəbərlərimiz ...
