Peskov gündəmdə olan suala belə cavab verdi | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya Prezidenti Vladimir Putin Kiyevdə səfərdə olan Almaniya Kansleri Olaf Şolts vasitəsilə Volodimir Zelenskiyə heç bir mesaj verməyib”.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.
D.Peskov jurnalistlərin “V.Putin V.Zelenskiyə hər hansı mesaj göndərmişdimi” sualına “Xeyr” deyə cavab verib.
Xatırladaq ki, noyabrın 15-də Vladimir Putin Olaf Şoltsla telefonla danışıb, prezidentlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. O.Şolts son iki il yarım ərzində ilk dəfə Kiyevə elan olunmamış səfər edib.
Almaniya hökumətinin başçısı Volodimir Zelenski ilə yenidən görüşəcək. Almaniya Kansleri “X”də yazıb ki, o, dekabrda Berlinin Ukraynaya 650 milyon avro dəyərində silah tədarük etmək planları barədə V.Zelenskiyə məlumat verəcək.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
