Peskov rusiyalı hərbi müxbirin ölümü barədə başsağlığı verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada daha bir jurnalist həlak olub.
Ölkə mediasının məlumatına görə, “Birinci Kanal”ın hərbi müxbiri Anna Prokofyeva və operator Dmitri Volkov Belqorod vilayətində minaya düşüblər.
Xanım müxbir peşə borcunu yerinə yetirərkən həlak olub, onu müşayiət edən operator Dmitri Volkov isə xəsarət alıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov həyatını itirən müxbirin ailəsinə və həmkarlarına başsağlığı verib: “Daha bir jurnalist itkisi: “Birinci Kanal”, Anna Prokofyeva... İlk növbədə Annanın ailəsinə və “Birinci Kanal”ın bütün kollektivinə başsağlığı veririk”.
Qeyd edək ki, media nümayəndəsinin 35 yaşı var idi. O, hərbi jurnalist kimi münaqişə zonalarından reportajlar hazırlayıb. 2023-cü ildən isə sözügedən kanalda hərbi müxbir kimi çalışmağa başlayıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
