Peskovdan Rəisinin həlak olduğu qəza ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Vladimir Putin İran səfiri və təhlükəsizlik rəsmilərinin iştirakı ilə keçirdiyi iclasda Prezident İbrahim Rəisini daşıyan helikopterin axtarışına rus xilasediciləri göndərmək qərarına gəlib.
Bu barədə Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, qrupa alpinistlər, həmçinin “Centrospas” və “Lider” mərkəzinin mütəxəssisləri də olmaqla 60 nəfər daxil olub.
Təbriz ərazisinə yüksək hündürlükdə fəaliyyət göstərə bilən helikopter də göndərilib. Rusiyanın Ermənistandakı hərbi bazasında axtarış-xilasetmə əməliyyatları üçün daha iki helikopter hazırlanıb. Heyət və yüksək hündürlükdə uça bilən helikopter “Jukovski” aerodromundan dərhal havaya qalxan iki təyyarə ilə daşınıb.
“Birinci təyyarə Təbrizə yaxınlaşanda helikopterin qalıqlarının (İ.Rəsinin uçduğu) tapıldığı barədə kədərli məlumat gəldi”, – D.Peskov bildirib.
Daha sonra İran tərəfi ilə razılaşaraq Rusiya təyyarələri havada geri dönüb və öz bazalarına qayıdıb.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
