Peskovdan sərt xəbərdarlıq: Ermənistan çox yaxşı bilir ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Dmitri Peskov Ermənistanın Roma Statutunu ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı düşmənçilik adlandırıb.
Bu barədə Rusiya mətbuatı məlumat verib. Prezidentin mətbuat katibinin sözlərinə görə, Rusiya Federasiyası Ermənistanın Roma Statutuna qoşulmaq niyyətini doğru hesab etmir.
“Ermənistan çox yaxşı bilir ki, biz Roma Statutunun iştirakçısı deyilik və Ermənistan bunun əsasında qəbul etməli çətin qərardan yaxşı xəbərdardır. Bu, bizim müsbət qarşılaya biləcəyimiz bir şey deyil”, – deyə Kreml sözçüsü bildirib.
Xatırladaq ki, Beynəlxalq Ədalət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putini Ukrayna ərazisində müharibə cinayətlərində ittiham edərək barəsində həbs qərarı çıxarıb. Ermənistan parlamenti sənədi ratifikasiya edəcəyi təqdirdə V.Putinin Ermənistan ərazisinə səfər etməsi mümkün olmayacaq.
#Dmitri Peskov teqi istifadə olunub
- Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI
- Peskov Əbu-Dabidəki görüşlə bağlı detalları açıqlayıb
- Peskovdan müharibə barədə açıqlama | "Rusiya bütün gücü ilə döyüşə davam edəcək" - Baku TV
- "Putin bunu bilir ki..." | NATO və Rusiya arasında qalan Kalininqradın taleyi necə olacaq? - Baku TV
- Rusiyalı nüvə mütəxəssisləri İrana niyə qayıdıb? - Baku TV
