Peycerlər düşmən əlinə keçib? | Livan hərəkətə keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Livanın müxtəlif bölgələrində peycerlərin partlaması nəticəsində 2800-dən çox insan xəsarət alıb, 8 nəfər ölüb.
Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat verib.
Mütəxəssislər partlayışın müxtəlif versiyalarını sadalayıblar.
Birinci ehtimal ondan ibarətdir ki, qurğulara uzaqdan haker müdaxiləsi olub. Bu durumda batareyadakı qoruyucu lövhə söndürülüb və o partlayıb.
İkinci ehtimal isə belədir ki, Mossad Orta Şərq bazarına “bubi tələsi” qurulmuş (minalanmış) peycerlər buraxıb. Üçüncü ehtimal isə ondan ibarətdir ki, israilli hakerlər “Hizbullah”ın cihazlarında quraşdırdığı “özünü məhvetmə sistemi”ni sındırıblar. Bu, cihazın düşmən əlinə keçməsi durumunda işə salınır və cihaz partlayır.
Livan hökuməti rabitə cihazlarının partladılmasında İsraili günahlandırıb və hadisəni “cinayətkar təcavüz” adlandırıb. Bu barədə Livan Nazirlər Kabinetinin Mətbuat Xidməti “X” səhifəsində yazıb.
Nazirlər Şurası Livanın suverenliyinin ciddi şəkildə pozulmasını təşkil edən İsrailin bu təcavüzünü yekdilliklə pisləyib.
Bəyanatda qeyd olunub ki, Livan hökuməti yəhudi dövlətinin əməllərinə görə məsuliyyət daşıması üçün BMT və bir sıra ölkələrlə əlaqə saxlayıb.
Qeyd edək ki, hadisənin İsrail tərəfindən törədildiyi iddia olunsa da, qarşı tərəf bu haqda açıqlama verməyib.
#Livan Respublikası teqi istifadə olunub
- İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı artıb | Tutucu raket buraxılıb - Baku TV
- Yaxın Şərqdə gərginlik səngimir | Hədəf alınan şəxs kim idi? - Baku TV CANLI
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- İsrail Livanın cənubuna aviazərbələr endirib, ölənlər var - Baku TV CANLI
- "Ciddi maneələr var" | Gündəmi zəbt edən planın pərdəarxası məqamları - Baku TV
