Pezeşkian beynəlxalq təşkilatlara səsləndi | ”İran gec olmadan…”
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın təcili olaraq razılaşma bağlamalı olduğunu bildirib və ləngimə halında ola biləcək ağır nəticələr barədə xəbərdarlıq edib.
Bu barədə o, "Truth Social"da yazıb.
"İrandakı ən böyük körpü dağılır və bir daha heç vaxt istifadə olunmayacaq – irəlidə bundan da çoxu olacaq! İran gec olmadan və böyük ölkəyə çevrilə biləcək dövlətdən heç nə qalmamışkən razılaşma bağlamalıdır!", – deyə Tramp bildirib.
Bu arada, İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə İsrailin ölkənin səhiyyə müəssisələrinə hücumlarını pisləyib. Bu barədə o, "X"dəki hesabında yazıb.
Pezeşkian ABŞ və İsrailin İrandakı xəstəxana, əczaçılıq şirkətləri və instituta hücumlarını anlaşılmaz adlandırıb.
"Mütəxəssis bir həkim olaraq, Ümumdünya Səhiyyə Təşkilatını, Beynəlxalq Qırmızı Xaç Komitəsini, "Sərhədsiz Həkimlər"i və bütün dünyadakı həkimləri bəşəriyyətə qarşı bu cinayətə reaksiya verməyə çağırıram", – deyə Məsud Pezeşkian qeyd edib.
#Donald Tramp teqi istifadə olunub
- Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI
- İsraildə seçkilər ərəfəsində Donald Tramp seçiciləri səsvermədə iştirak etməyə səsləyib
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Obama Trampı və ailəsini genişmiqyaslı korrupsiyada ittiham edib - Baku TV
- Vaşinqton Moskva ilə təmaslardan hansı nəticəni gözləyir? - Baku TV CANLI
