Pezeşkian İsrailin hücumu zamanı yaralanıb? | "Fars" agentliyi məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian ötən ay İranın Ali Milli Təhlükəsizlik Şurasının iclasına edilən İsrail hava zərbəsi zamanı ayağından yaralanıb.
Bu barədə “Fars” agentliyi məlumat yayıb. Mənbənin xəbərinə görə, hadisə iyunun 16-da baş verib.
Həmin vaxt Tehrandakı binalardan birində İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Elə bu vaxtda İsrail ordusu binanın giriş və çıxışlarına 6 ədəd raket zərbəsi endirib.
Həmin gün binada iclas olub. Orada Prezident Pezeşkianla birlikdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Əcəi və digər yüksəkrütbəli rəsmilər də iştirak edirmiş.
İddiaya görə, zərbə İsrailin İranın nüvə və ballistik raket proqramlarına qarşı başlatdığı hava kampaniyasının dördüncü günü həyata keçirilib.
Zərbə zamanı binada elektrik enerjisi kəsilsə də, rəsmilər fövqəladə çıxış vasitəsilə oradan qaça biliblər.
Qeyd olunub ki, Prezident Pezeşkian və bir neçə nəfər qaçarkən ayaqlarından yaralanıblar.
#İran teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
