Pezeşkian polis qüvvələrinin komandanı və “Fərəcə” təşkilatının rəhbərliyi ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian polis qüvvələrinin komandanı Əhmədrza Radan və “Fərəcə” təşkilatının rəhbərliyi ilə görüşüb.
Bu barədə İran mediası məlumat yayıb.
“Hökumət zədələnmiş mərkəzləri bərpa etməyi və “Fərəcə”nin əməliyyat qabiliyyətini gücləndirməyi, ona dəstəyi artırmağı özünün əsas vəzifələri arasında hesab edir. Bu baxımdan lazım olan hər şeyi ciddi şəkildə həyata keçirəcək və təmin edəcək. Məhdudiyyətlərə və imkan darlığına baxmayaraq, “Fərəcə” İranın daxili təhlükəsizliyinin təmin edilməsi sahəsində təsirli, nüfuzlu və fədakar mövqeyə malikdir. Hökumət bu kompleksin gücləndirilməsində bütün zəruri dəstəyi göstərməyi özünün borcu olduğunu düşünür”, – Pezeşkian bildirib.
ABŞ və İsraillə son müharibə zamanı İranın polis komandanlığına məxsus bir çox obyekt və mərkəz dağıdıcı hava hücumlarına məruz qalıb.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
