Pezeşkian şərtini açıqladı: Dohada keçiriləcək danışıqların pərdəarxası - Baku TV
site.follow_google_text
"ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək".
Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial media hesabında paylaşım edib.
"Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik", – deyə Pezeşkian qeyd edib.
O, ABŞ-nin "məntiqsiz meydan oxumaları"na və "əsassız təhdidlər"inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp isə Ağ Evdə jurnalistlərə müsahibəsi zamanı Amerika nümayəndə heyətinin İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşdüyünü təsdiqləyib.
"Onlar Qətərə gedirlər. Düşünürəm ki, artıq yola düşüblər", – deyə Tramp qeyd edib.
O həmçinin bildirib ki, Qətərin paytaxtında ABŞ və İran memorandumunun icrası məsələlərinə dair keçiriləcək məsləhətləşmələr vacib ola bilər.
"Dohadakı görüş vacib ola da bilər, olmaya da. Görəcəyik. Amma biz hərbi baxımdan qalib gəlirik. Bəlkə də artıq qalib gəlmişik", – deyə Amerika lideri bildirib.
site.tag_news
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
