Pezeşkian Təbrizə gedərkən maraqlı hadisə ilə qarşılaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
İran Prezidenti Məsud Pezeşkian Təbrizə gedərkən maraqlı insidentlə qarşılaşıb.
Onun xüsusi müfəttişi Mustafa Moləvinin sözlərinə görə, Prezidentin kortejindəki bütün avtomobillər Rəşt magistralının çıxışında yerləşən bir yanacaqdoldurma məntəqəsində benzin doldurduqdan sonra hərəkətlərini davam etdiriblər.
Takestan şəhəri yaxınlığında hər üç avtomobil nasazlıq səbəbindən dayanıb. Texniki baxış zamanı məlum olub ki, avtomobillərə vurulan benzin su ilə qarışdırılıb.
Qeyd olunur ki, eyni yanacaqdoldurma məntəqəsində bundan əvvəl də oxşar hallar qeydə alınıb. Hadisəyə rəğmən, Pezeşkian əyalət rəhbərliyi ilə əlaqə saxlamayıb və rəsmi araşdırma başlanmayıb. Bunun əvəzinə o, Təbrizə səfərini taksi ilə davam etdirib.
#İran teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- İrana qarşı 96 saatlıq hücum iddiası
