Pezeşkianla Sergey Şoyqu arasındakı görüşdə diqqətçəkən məqam
Yeniliklərdən dərhal xəbərdar olun
“ABŞ-nin liderlik dövrü başa çatıb, çoxqütblülüyün dünyada yayılması üçün İran və Rusiyanın əməkdaşlığı beynəlxalq səviyyədə təhlükəsizliyi artıracaq”.
İRNA-nın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Dünyanın bir sıra ölkələrinin, o cümlədən ABŞ-nin liderlik dövrü keçib. Dünyada çoxqütblülüyün yayılması üçün İran və Rusiya arasında mövqelərin ümumiliyi və əməkdaşlıq, şübhəsiz ki, bütün dünyada təhlükəsizlik və sülh səviyyəsinin artırılmasına töhfə verəcək”, – deyə Prezident Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı bildirib.
Şoyqunun Tehrana səfəri zamanı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian, eləcə də İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri ilə də görüşəcəyi gözlənilir.
#Məsud Pezeşkian teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Pezeşkian milyonlarla azərbaycanlının ana dili hüququnu tanıyacaq? - AKTUAL GÜNDƏM
- İran islam ölkələrini birliyə çağırıb, regional təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsini vacib sayır
- Xamenei Qalibafla görüşdü | Zelenskidən Ukrayna barədə gözlənilməz açıqlama - YENİ BİR SƏHƏR
- Pezeşkian Vaşinqtona nə dedi? | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
