PKK-nın tamamilə silahsız qalması necə sübut olunacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
PKK terror təşkilatının özünüləğv və tərk-silah qərarından sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatı sonrakı prosesləri yaxından izləyəcək və qərarın icrası ilə bağlı addımlara nəzarət edəcək.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Prosesin iyunun sonunadək başa çatdırılması gözlənilir. Artıq Türkiyə, İraq və Suriyada PKK-nın silahları təhvil verəcəyi mərkəzlər yaradılır.
“Milliyet” qəzetinin məlumatına görə, silahsızlaşdırma prosesinə hər bir ölkədə həmin ölkə ilə birgə yaradılmış mexanizm vasitəsilə nəzarət ediləcək:
“PKK-ya bağlı təşkilatların olduğu İraq və Suriya da MİT tərk-silah prosesini izləmək üçün sözügedən dövlətlərlə birgə çalışacaq. Türkiyədə nəzarət yalnız MİT-in əlində olacaq. Ankaranın PKK-nın tam silahsızlaşdırıldığını qəbul etməsi MİT direktoru İbrahim Kalının Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edəcəyi hesabat nəticəsində olacaq”.
#PKK terror təşkilatı teqi istifadə olunub
- Ankara PKK ilə bağlı 12 maddəlik qanun layihəsini təsdiqlədi - Baku TV
- Abdullah Güler mühüm sənədin detallarını açıqladı | Qanun layihəsində nələr var? - Baku TV
- AKP PKK-nın tərk-silahı üçün hazırlanan qanun layihəsini parlamentə təqdim etdi - Baku TV CANLI
- Türkiyədən ABŞ və İsrailə xəbərdarlıq edildi - Baku TV CANLI
- Qalmaqallı dəhliz iddiası: Bakı və Ankara barədə nə deyildi? - BİZDƏN NƏ DANIŞIRLAR?
