PKK-ya vurulan zərərin miqyası açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında ABŞ-nin himayəsi altında olan terror qruplaşmasına qarşı endirdiyi zərbələrin miqyası açıqlanıb.
Bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, İraqın şimalında son 3 ayda 11 hücum zamanı 31 Türkiyə əsgərini qətlə yetirən PKK terror təşkilatının hərbi və logistik fəaliyyət sahələri məhv edilib.
Rəqəmlərə əsasən, Türkiyə Ordusu Suriya və İraq ərazisində hərbi təyyarə və PUA-larla PKK və onun qanadlarına məxsus 104 hədəfi vurub.
Bunların hərbi qərargah, silah anbarı, fabrik, neft, qaz və elektrik kimi strateji obyektlər olduğu bildirilib. Suriyada yerləşən “Suveydiye 2” neft obyekti bütün cihaz və avadanlıqları ilə birlikdə tamamilə yanıb. Terrorçuların ümumilikdə 1 milyard dollar ziyan gördüyü açıqlanıb.
#Türkiyə Silahlı Qüvvələri teqi istifadə olunub
- Bakıda Azərbaycan və Türkiyə radioelektron mübarizə bölmələrinin birgə təlimi keçirilib - Baku TV
- Türkiyə təyyarəsinin faciəvi qəzasında şəhid olanlarla vida mərasimi
- Türkiyə hərbçilərinin Bakıdakı hərbi paradda keçidi
- Türkiyə Silahlı Qüvvələri nəyə hazırlıq görür?
- Türkiyə “Tayfun”u sınaqdan keçirdi | Hipersəs ballistik raketi hədəfi dəqiq nişan alır
