Pleyeri seçin:
PUA hücumları Rusiyada hava limanlarının işini dayandırdı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Moskva vilayəti növbəti PUA hücumuna məruz qalıb.
Məlumata görə, Pilotsuz Uçuş Aparatı vilayətin Lyubertsı şəhəri yaxınlığında zərərsizləşdirilib. Bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin “Telegram” kanalında yazıb.
“Sentyabrın 1-i səhər saatlarında Rusiyanın hava hücumundan müdafiə qüvvələri Lyubertsı yaxınlığında paytaxta doğru uçan Pilotsuz Uçuş Aparatını vurub. İlkin məlumatlara görə, tələfat və dağıntı qeydə alınmayıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir”, – deyə mer qeyd edib.
Daha bir PUA isə ölkənin Belqorod vilayətində vurulub. Vilayətin qubernatoru Vyaçeslav Qladkov qeyd edib ki, hücum nəticəsində xəsarət alan olmayıb.
Kopyalandı
#Moskva teqi istifadə olunub
- Moskvada rekord istilər davam edir, sakinlər günəşli payız havasından həzz alır
- Üç gündür davam edən dron təhlükəsi: Moskvada nələr yaşanır? - Baku TV CANLI
- Moskvada qorxulu anlar | Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Baku TV CANLI
- Rusiya ilə Litva arasında gərginliyin artma səbəbi nədir? - Baku TV CANLI
- Moskva səmasında görünməmiş PUA hücumu - Baku TV CANLI
