Pleyeri seçin:

Pula görə vampir olan Bred Pitt niyə toyuq kostyumunda küçələrə düşdü?

03 may 2025 767 baxış

Bu gün milyonların sevimlisi olan Hollivud ulduzu Bred Pitt bir vaxtlar toyuq kostyumunda küçədə dayanaraq reklamla məşğul olub.

O, aktyor olmaq xəyalı ilə Missuri Universitetində jurnalistikanı yarımçıq qoyub Los-Ancelesə köçüb və ilk işi bir restoran üçün küçədə reklam etmək idi.

Aktyorluğa 1987-ci ildə seriallardakı kiçik rollarla başlayıb. Daha sonra “Dallas” və “Jump Street, 21” kimi layihələrdə çəkilib. 1994-cü ildə “Vampirlə müsahibə” filmindəki rolu Pitt üçün dönüş nöqtəsi olub və MTV Film Mükafatına layiq görülüb.

Çəkilişlərdə çətinlik yaşasa da, müqavilədən imtinanın 40 milyon dollara başa gələcəyini öyrəndikdən sonra davam etməyə qərar verib. 1996-cı ildə “12 meymun” filmindəki roluna görə “Qızıl Qlobus”, 2014-cü ildə “12 illik əsarət”ə, 2020-ci ildə isə “Bir zamanlar Hollivudda” filmindəki roluna görə “Oskar” mükafatı qazanıb.

Onun film karyerası haqqında daha bir neçə maraqlı fakt: “Döyüş klubu” filmindəki Tayler Durden obrazını daha inandırıcı etmək üçün Pitt qəsdən dişlərini sındırıb və film bitəndən sonra onları düzəltdirib; “Payız əfsanələri” filminin çəkilişlərində isə o, əsl ayı ilə qarşılaşıb. Təhlükəsizlik tədbirləri görülsə də, bu təcrübə onun yaddaşında dərin iz buraxıb.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 767 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 767 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 767 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 767 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 767 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 767 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 767 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 767 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 767 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 767 baxış
Seçilmişlər
icon