Pleyeri seçin:
Putin “Crocus”dakı hücumda qəhrəmanlıq edən 3 nəfəri belə mükafatlandırdı
Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”dakı terror zamanı insanlara yardım edən gəncləri mükafatlandırıb.
Artyom Donskov, İslam Xəlilov və Nikita İvanov “Qurbanların xilasına görə” medalı ilə təltif edilib. Onlar “Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.
Xatırladaq ki, “Crocus City Hall”da törədilən terror aktı martın 22-də baş verib. Silahlı terrorçular binaya soxularaq insanlara atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 6-sı uşaq olmaqla, 143 nəfərin həlak olduğunu, 551 nəfərin isə yaralandığını bildirib.
Kopyalandı
#Vladimir Putin teqi istifadə olunub
- Duqindən Putin haqqında gözlənilməz etiraf | Rusiya geri addım atacaq? - Baku TV CANLI
- Duqindən Putinlə bağlı sensasiyalı açıqlama
- Ermənistan dəmir yollarının idarə olunması Putinlə görüşdə əsas gündəm olacaq? - Baku TV CANLI
- Ukraynanın müttəfiqləri Rusiyanın bu cür hərəkətlərinə cavab verməməlidir | Corcia Meloni - Baku TV
- Meloni təxribatların Avropadan daha çox Rusiyaya fayda verdiyini bildirdi - Baku TV CANLI
