Putin ermənipərəst jurnalistləri mükafatlandırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqovu “İgidliyə görə” ordeni ilə təltif edib.
Təqdimetmə mərasimi Kremldə baş tutub. Bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Məlumatda Ukrayna müharibəsində iştirak edən hərbi jurnalistin oktyabr ayında minaya düşərək ayağından yaralandığı da bildirilib.
Xatırladaq ki, S.Peqov Vətən müharibəsi zamanı da cəbhədən təxribat xarakterli əsassız məlumatlar yayırdı. O, qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb, şəkillər çəkdirirdi. Bundan əlavə, Azərbaycan Ordusunun mövqelərini də lentə alıb sosial şəbəkədə paylaşırdı.
Qeyd edək ki, Vladimir Putin “Rossiya seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru erməni əsilli Marqarita Simonyanı da “Şərəf” ordeni ilə təltif edib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
