Putin müharibəni bu cür bitirə bilməz | ABŞ institutundan qalmaqallı araşdırma
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya lideri Vladimir Putin özünü elə vəziyyətə salıb ki, Ukraynada maksimalist məqsədlərə nail olmadan müharibəni bitirmək həm ordu, həm də cəmiyyət tərəfindən məğlubiyyət kimi qəbul ediləcək”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir.
Putin indiki anı müharibəni dayandırmaq üçün münasib hesab etmir, çünki bunu nə hərbçilər, nə də ictimaiyyət anlayacaq.
Müharibə Araşdırmaları İnstitutu qeyd edir ki, Moskva illərlə müharibəyə qəsdən ictimai dəstək yaratmaqla bunu Rusiya üçün “ekzistensial zərurət” kimi qələmə verib.
Kremlin nəzarətli ictimai rəy sorğuları cəmiyyətdə də uzun sürən müharibəyə fəal dəstək verdiyini göstərir. İlin əvvəlində keçirilən rəy sorğularının nəticələri göstərir ki, rusların əksəriyyəti Ukraynada hərbi əməliyyatların davam etdirilməsini dəstəkləyir.
Bundan əlavə, müharibənin dayandırılmasının ciddi iqtisadi fəsadları ola bilər. Hazırda Rusiyanın yerli istehsalının əhəmiyyətli bir hissəsi müdafiə sənayesi kompleksinə bağlıdır.
Müharibə Araşdırmaları İnstitutu xəbərdarlıq edir ki, müdafiə xərclərinin kəsilməsi orta müddətli iqtisadi tənəzzülə səbəb ola bilər. Beləliklə, müharibə böyük insan itkiləri və iqtisadiyyata təzyiqlərə baxmayaraq, Putinə öz hakimiyyətini saxlamaq üçün siyasi-iqtisadi alətə çevrilib.
“Putin şüurlu şəkildə Rusiya cəmiyyətinin öz hərbi məqsədlərinə sədaqətli dəstəyini təmin edib, geri çəkilmək və ya onun ilkin hərbi məqsədlərinə çatmayan sülh yolu ilə nizamlanmanı qəbul etmək üçün ilkin şərtlər müəyyənləşdirməyib”, ‒ ABŞ institutu əlavə edir.
#Vladimir Putin teqi istifadə olunub
- Kritik təklif: Putin bununla razılaşsa, Ukrayna üçün nələr dəyişəcək? - Baku TV CANLI
- Putin danışıqların Əbu-Dabidə keçiriləcəyini təsdiqləyib
- Müctəba Xamenei Putinə hərbi müraciət edib? - Moskva Tehrana nə deyəcək? - Baku TV CANLI
- Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM
- Xameneinin məktubu Putinə çatdırıldı | Tehrandan Moskvaya gizli mesaj? - Baku TV
