Pleyeri seçin:

Putin onu tərifləyir, amma... | Rusiyada bu qadını görün niyə hədəfə aldılar

26 mart 2025 499 baxış

Son zamanlarda Putin komandasının ən bacarıqlı fiqurlarından sayılan Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullinaya qarşı hücumlar artır.

E.Nabiullinanın əleyhdarları onu uçot dərəcəsini ‒ əsas məzənnəni yüksəltməkdə və bununla da kreditlərin bahalaşmasına, inflyasiyanın yüksəlməsinə və digər iqtisadi problemlərin yaranmasına səbəb olduğunu iddia edirlər. Son günlər isə E.Nabiullinaya qarşı hücumlar konkret addımlar şəklində daha radikal xarakter alıb.

Belə ki, Dövlət Duması Hesablama Palatasına Mərkəzi Bankı yoxlamaq barədə tapşırıq verib. Duma bununla bağlı rəsmi qərarında “Mərkəzi Bankın, onun struktur bölmələrinin və qurumlarının 2022-2024-cü illər və 2025-ci ilin başa çatan dövrü üçün maliyyə-təsərrüfat fəaliyyətinin auditini aparmağı” tapşırıb.

Öz növbəsində, illik hesabatla deputatlar qarşısında çıxış edən Hesablama Palatasının rəhbəri Boris Kovalçuk rəhbərlik etdiyi departamentin inflyasiyanın hədəflənməsi siyasətini hərtərəfli öyrənmək məqsədilə müvafiq “ekspert-analitik araşdırması” aparacağını vəd edib.

O xatırladıb ki, 2023-cü ilin iyunundan 2024-cü ilin dekabrına qədər, cəmi il yarım ərzində Mərkəzi Bankın məzənnəsi 2,8 dəfə artıb. Lakin bu sərt siyasət proqnozlaşdırılan inflyasiya göstəricilərinə heç bir müsbət təsir göstərməyib və inflyasiya yüksək olaraq qalır, hətta daha da artır.

Baş bankirin hədəfə gəlməsində həm daxili, həm də xarici amillər özünü göstərir. Rusiya biznes elitası, xüsusilə də dövlət şirkətlərinin rəhbərləri E.Nabiullinanın faiz dərəcəsini yüksək saxlanmasından narazıdır. Ancaq Kreml bu müddət ərzində Mərkəzi Bankın bu siyasətini başa düşürdü. Ukrayna müharibəsi səbəbindən Rusiya iqtisadiyyatı ağır sanksiya altındadır.

Önləyici tədbirlərin alınması normaldır. Hazırda baş verənlər artıq orta və kiçik sahibkarlığa da təsir göstərir və bu, vəziyyəti qəlizləşdirir. Görünür, baş verənlərin məsuliyyəti əsasən baş bankirin üzərinə qoyulacaq.

Yoxlamaların digər səbəbi isə həm də komanda daxilində münasibətlərin gərginləşməsi ilə bağlıdır. Başda “Rosneft” rəhbəri İqor Seçin və “Qazprom”un rəhbəri Aleksey Miller olmaqla bir çox rəsmi şəxs son zamanlar Elvira Nabiullinanı tənqid edir. Kremldə kifayət qədər nüfuzlu məmurların tənqidinə tuş gəlmək baş bankir üçün problemlərin başladığını göstərir. Rusiya hakim dairələrindəki narazı qrup Mərkəzi Bank rəhbərliyinə daha mülayim birinin gətirilməsinə çalışır.

Aydın məsələdir ki, uzun müddət faiz dərəcəsini aşağı salmaq mümkün olmayacaq. Ancaq yeni yüksəlmə də arzu edilən deyil. Ehtimal ki, yoxlamaların səbəbləri arasında Mərkəzi Bank rəhbərliyinin faiz dərəcəsini yenidən artırmaq təşəbbüsü də var.

Bütün narazılıqlara baxmayaraq istənilən halda son qərarı Prezident Vladimir Putin verəcək. Dəfələrlə E.Nabilunnanın fəaliyyətini tərifləyən Kreml rəhbərinin bu dəfə hansı mövqe ortaya qoyacağını zaman göstərəcək.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 499 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 499 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 499 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 499 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 499 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 499 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 499 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 499 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 499 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 499 baxış
Seçilmişlər
icon