Pleyeri seçin:

Putin oxşarı ilə bir evdə yaşayır | Rus hüquq müdafiəçisindən şok açıqlama

06 mart 2024 274 baxış

“Rusiyanın Prezidenti Vladimir Putinin oxşarı var, lakin o, ictimai tədbirlərdə V.Putini əvəz etmir”.

Bunu rusiyalı hüquq müdafiəçisi Mark Feygin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində deyib.

“Razıyam ki, real, amma ictimaiyyətə çıxmayan oxşarları var. Lakin onlar ehtiyat variantdır və tez bir anda təhlükəsiz mühit yaratmaq üçün lazımdırlar. Onlar sui-qəsd risklərindən qorunmaq üçün istifadə olunurlar. V.Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün oxşarlara ehtiyac yoxdur, çünki bu, çox təhlükəlidir.

V.Putini müxtəlif ekspertlər, kəşfiyyat nümayəndələri, fizioqnomiyadan anlayan insanlar izləyirlər. Ona görə də belə əvəzləməni hiss etməmək çox asandır. Başqa bir insanı təqlid etmək səs tembrindən, mimikalardan və s. kimi minlərlə parametrlərdən ibarətdir.

Təbii ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrarlamaq olar. Ancaq düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Təsdiq olunsa ki, məsələn, Mariupolda V.Putinin əvəzinə onun dublyoru hərəkət edir, təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar dublyorların olduğunu göstərir, lakin onlar V.Putini açıq şəkildə əvəzləyən deyil, əməliyyat oxşarlarıdır, yəni qeyri-ictimai oxşarlar”, – o bildirib.

Öz növbəsində D.Qordon qeyd edib ki, onun məlumatına görə, Valdayda Rusiya Prezidentinin oxşarı da yaşayır:

“Çoxlu plastik əməliyyat etdirmiş bir adam var. O, praktik olaraq V.Putinin yanında yaşayır, onu izləyir, ünsiyyət qurur, bəzi şeyləri mənimsəyir. Onları ayırd etmək demək olar ki, mümkün deyil”.

Kopyalandı
Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 274 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 274 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 274 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 274 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 274 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 274 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 274 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 274 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 274 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 274 baxış
Seçilmişlər
icon