Putin Rusiyaya görə hərəkətə keçdi | Rusiya liderindən açıq mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ölkəsinin dəniz dövləti statusunu dəstəkləmək və möhkəmləndirmək üçün əlindən gələni edəcək.
Rusiya dövlət başçısı bunu “Arxangelsk” nüvə sualtı qayığının dənizçiləri ilə söhbəti zamanı deyib.
V.Putin vurğulayıb ki, Rusiya bir neçə əsrdir, qüdrətli dəniz dövləti olub və öz mövqelərindən əl çəkmək niyyətində deyil.
Prezident deyib: “Dəniz Donanmasının rolu ümumiyyətlə məlumdur: Rusiyanın əsrlər boyu dəniz gücü olub və biz bu statusu saxlamaq üçün hər şeyi edəcəyik”.
Dövlət başçısı Rusiyanın həm yeni suüstü, həm də sualtı gəmilər qurmaq planlarını açıqlayıb. Bundan əlavə, onların xüsusiyyətlərinin təkmilləşdirilməsinin zəruriliyini qeyd edib:
“Onlar günün tələblərinə cavab verməlidirlər və əlbəttə ki, döyüşə hazır və sözün tam mənasında bilavasitə tarixi perspektivdə effektiv olmalıdırlar”.
Putin vurğulayıb ki, Rusiya donanması dövlətin strateji təhlükəsizliyinin əsasını təşkil edən silahdır.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
