Putin Ukraynada hərbi əməliyyatları gücləndirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Ukraynada gedən hərbi əməliyyatlarda mövqeyini gücləndirmək üçün Zaporojye Atom Eelektrik Stansiyasının partladılmasını əmr edə bilər.
Bu barədə Böyük Britaniyanın “Times” qəzeti yazı dərc edib. Nəşrin məlumatına görə, “böyük strateji səhv” sayılan müharibənin gedişatı və “Vaqner” muzdlu şirkətinin qiyam cəhdi Putini hansısa radikal addımlara sövq edə bilər.
“Bu, Putin hakimiyyəti üçün çətin məqamdır və deməli, region üçün də təhlükənin artması gözləniləndir. Putin siyasi nüfuzunu geri qaytarmaq üçün vaxtından tez qələbələr əldə etmək məqsədilə hərbi əməliyyatları gücləndirə bilər. Baxmayaraq ki, Rusiya bunu inkar edir, amma Putinin ordusu artıq Kaxovka Su Elektrik Stansiyasını partladıb. Onların Zaporojye Atom Elektrik Stansiyasına hücum planı da mümkündür”, – deyə “Times” yazıb.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
