Pleyeri seçin:

“Putin və Kim Çen Ina çatdırın ki... ” | Trampın rezonans yaradan paylaşımı

03 sentyabr 2025 391 baxış

ABŞ Prezidenti Donald Tramp Çində keçirilən hərbi parad zamanı Çin sədri Si Cinpin və Pekinin Qərbə qarşı siyasətinə dair sərt və istehza dolu paylaşım edib.

Tramp “Truth Social” hesabında yazıb: “Əsas sual budur ki, Çin sədri Si Cinpin ABŞ-nin Çinə verdiyi böyük dəstəyi və azadlığı üçün tökdüyü qanı yada salacaqmı? Çoxlu amerikalı Çin uğrunda, onun qələbəsi və şərəfi üçün həyatını itirib. Mən ümid edirəm ki, onların cəsarəti və qurbanı layiqincə xatırlanacaq”.

O, eyni zamanda ironiya ilə əlavə edib: “Si və əzəmətli Çin xalqının bayram günü möhtəşəm keçsin. Mənim ən səmimi salamlarımı Vladimir Putinə və Kim Çen Ina çatdırın, ABŞ-yə qarşı sövdələşmələriniz zamanı bunu unutmayın”.

Qeyd edək ki, bundan əvvəl Si Cinpin çıxışında Çin və Rusiyanı II Dünya müharibəsinin əsas qalib dövlətləri adlandırıb, lakin ABŞ-ni heç bir şəkildə qeyd etməyib. Halbuki həmin dövrdə ABŞ Çinə Yaponiyaya qarşı mübarizədə böyük yardım göstərmişdi, o cümlədən lend-liz proqramı çərçivəsində silah və maddi dəstək göndərmişdi.

Ağ Evdə keçirilən brifinqdə Trampdan soruşulub ki, o, Putin və Kim Çen In ilə birlikdə Çin paradasını ABŞ-yə qarşı təhdid kimi görürmü? ABŞ Prezidenti suala belə cavab verib: “Xeyr. Mənim Si Cinpinlə çox yaxşı münasibətlərim var. Amma Çin bizə bizdən daha çox ehtiyac duyur. Mən bu paradı heç bir təhdid kimi görmürəm”.

Trampın bu açıqlamaları həm ABŞ-də, həm də beynəlxalq mediada ciddi rezonans doğurub.

Ekspertlər hesab edirlər ki, Prezident bir tərəfdən Pekinə ironiya ilə təzyiq göstərir, digər tərəfdən isə ABŞ-Çin münasibətlərini şəxsi diplomatik kanallar üzərindən balanslaşdırmağa çalışır.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 391 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 391 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 391 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 391 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 391 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 391 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 391 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 391 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 391 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 391 baxış
Seçilmişlər
icon