Putindən qalmaqallı mesaj | Rusiyada seçki öncəsi açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkə bütün vətənpərvər qüvvələrin birliyini tələb edən tarixi çağırışlarla üzləşib”.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində onu namizəd kimi dəstəkləyən “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı bildirib.
“Biz Rusiyanın xalqı ilə ölkənin suverenliyini müdafiə etməli, onun inkişafını gücləndirməli və cəmiyyətin rifahı naminə çalışmalıyıq”, – Putin bildirib.
O qeyd edib ki, Rusiya bəzi ölkələr kimi öz suverenliyindən əl çəkə və kolbasa müqabilində kiminsə peyki ola bilməz.
Putin vurğulayıb ki, fikir ayrılığına baxmayaraq, bütün siyasi qüvvələr yadda saxlamalıdır ki, əsas şey xalqın ümididir: “Biz xaricdən göstərişlər olmadan qərarlar verəcəyik”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
