Pleyeri seçin:

Putindən Suriyadakı savaşla bağlı təcili qərar | Əsədə dəstək dayandırılır?

04 dekabr 2024 128 baxış

“Moskva yaxın gələcəkdə Bəşər Əsəd rejimini dəstəkləmək üçün Suriyaya əhəmiyyətli sayda əlavə qüvvələr göndərməyi planlaşdırmır. Rusiya Suriyanın Tartusdakı hərbi-dəniz bazasından aktivlərini çıxarır ki, bu da onun Bəşər Əsəd rejiminə dəstəyi davam etdirmək niyyətində olmadığını göstərə bilər”.

Bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun analitikləri bildiriblər.

Onların fikrincə, əldə olunan peyk şəkilləri Rusiyanın Tartusdakı bazasından faktiki olaraq bütün gəmiləri çıxartdığını göstərir:

“Rusiya bu gəmiləri Türkiyənin mövqeyinə görə Qara dənizdəki limanlarına köçürə bilmir. Ola bilsin ki, gəmilər Rusiyanın şimal-qərbindəki və Kalininqrad vilayətindəki bazalara yerləşdiriləcək. Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiyanın Afrika Korpusunun bir hissəsini Suriyaya köçürdüyünü qeyd edib. Bu, Rusiyanın prioritet hərbi əməliyyat teatrı olan Ukraynadan Suriyaya nizamlı hərbi qüvvələrini göndərməkdən çəkindiyini göstərir.

Rusiyanın Tartusdan çıxışı və Afrika Korpusunun Suriyada yerləşdirilməsi barədə məlumatlar göstərir ki, Rusiya Suriya müxalifət qüvvələrinin Həma istiqamətində cənuba doğru irəliləməsindən və Tartusdakı bazaya təhlükə yaratmasından narahatdır. Lakin Rusiya hərbi komandanlığı yaxın gələcəkdə bu irəliləyişlərin qarşısını almaq üçün Suriyaya əhəmiyyətli əlavə qüvvələr göndərməyəcək”, – deyə analitiklər qeyd ediblər.

Banner
Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Vaşinqton həm müharibəyə, həm də sülhə hazırlaşır?

Dünya
28 oktyabr 2026 128 baxış
ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

ABŞ-İran qarşıdurmasında sülh ehtimalı nə qədər realdır? - Baku TV

Dünya
28 oktyabr 2026 128 baxış
İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

İtaliyanın Ukraynaya növbəti yardım paketi ilə bağlı qərarı niyə gecikir? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 128 baxış
Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Bu, həvəskar astronomun sayca səkkizinci kəşfidir

Dünya
28 oktyabr 2026 128 baxış
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 128 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 128 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 128 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 128 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 128 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 128 baxış
Seçilmişlər
icon