Putindən Ukrayna ilə bağlı gözlənilməz açıqlama | Yeni ərazilər əbədi olaraq Rusiyanındır...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ukraynaya qoşunlarını Donbasdan çıxarmağı və vəziyyəti bu yolla həll etməyi təklif edib, lakin bu təşəbbüs rədd edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.
“2022-ci ilin fevral-mart aylarında qoşunlarımız Kiyevə yaxınlaşdı. Bu mövzuda çoxlu spekulyasiyalar var. Birləşmələrimiz, əslində, Kiyev yaxınlığında yerləşirdi. Sonrakı fəaliyyət üçün müxtəlif təkliflər var idi. Ancaq üç milyonluq şəhərə hücum etmək üçün heç bir siyasi qərar yox idi. Bu, Ukrayna rejimini sülhə məcbur etmək əməliyyatı idi. Hərbçilər Ukrayna tərəfini danışıqlara sövq etmək üçün orada idilər”, – o bildirib.
V.Putinin sözlərinə görə, Moskva Rusiya Federasiyasına Krıma quru dəhlizi təqdim ediləcəyi halda Kiyevin Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib:
“Xerson və Zaporojyenin sakinləri Rusiya Federasiyasına qoşulmaq barədə öz mövqelərini bildiriblər, bu məsələ artıq əbədi olaraq bağlıdır. Yeni ərazilər əbədi olaraq Rusiya Federasiyasınındır, bu məsələ hətta müzakirə edilə bilməz”.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
