Putinin Kazandakı iclasda çıxışı | İştirakçı ölkələr bunun tərəfdarıdır ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Kazanda XVI BRICS sammitinin məhdud tərkibli iclasını açıb.
O, BRICS ölkələri arasında əməkdaşlığın üç əsas istiqamətini açıqlayıb:
“Biz üç əsas istiqamətdə – siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr sahəsində dövlətlərimizin çoxşaxəli əməkdaşlığının dərinləşməsinə hər cür töhfə vermişik. Birliyə üzv olan dövlətlər, həqiqətən, çox böyük siyasi, iqtisadi və elmi-texniki potensiala malikdir.
Eyni zamanda bizi ümumi dəyərlər və dünyagörüşü birləşdirir. Əminliklə demək olar ki, BRICS-ə müxtəlif kontingentləri, dinləri və mədəniyyətləri təmsil edən suveren ölkələr, həmfikir insanlar daxildir. Bütün iştirakçı dövlətlər bərabərlik, mehriban qonşuluq və qarşılıqlı hörmətin tərəfdarıdır”.
Vladimir Putin yeni üzv ölkələrin birliyin fəaliyyətinə inteqrasiyası üzrə görülən işləri də qeyd edib.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
