Putinin ordeni əlindən alınacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Fransanın “Fəxri Legion” ordeninin “Böyük Xaç Cəngavəri” titulundan məhrum edilə bilər. “France Presse” agentliyinin məlumatına görə, ölkə prezidenti Emmanuel Makron bunu istisna etməyib.
Dövlət başçısı Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Putini ordendən məhrum etmək simvolik məna daşısa da, vacib məsələdir. Makron hələ dəqiq qərar vermədiyini və bunun üçün daha doğru zamanı tapmağın vacibliyini də vurğulayıb.
Qeyd edək ki, fevralın 9-da Fransa lideri Ukrayna Prezidenti Volodimir Zelenskini “Fəxri Legion” ordeni ilə təltif edib. Ukrayna liderinin mükafata layiq görülməsi fonunda Rusiya Prezidentinin müvafiq ordendən məhrum edilməsi yenidən gündəmə gəlib.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
