Putinlə bağlı iddia : özünü və ailəsini qoruduğu silah üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətinin Valday rayonundakı iqamətgahının yaxınlığında hava hücumundan müdafiə kompleksi quraşdırılıb.
Bu barədə Rusiyanın “Agentstvo” nəşri məqalə dərc edib. Bildirilib ki, “Pantsir-S1” zenit-raket kompleksi bir neçə həftə əvvəl Valday yaxınlığında yerləşdirilib.
Məlumata görə, əvvəllər hava hücumundan müdafiə sistemi Rusiya Federasiyasının hərbi idarəsinin binasının damında quraşdırılmışdı. Nəşrin yazdığına görə, sözügedən zenit-raket kompleksi Rusiya liderini və onun ailə üzvlərini qorumaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Pantsir S1” zenit-raket və silah sistemi eyni anda 30-a qədər hədəfi, məsələn, qanadlı və ballistik raketləri, təyyarələri aşkar edə bilir. Belə zenit-raketlər hətta dronları da tapmağa qadirdir.
#Rusiya teqi istifadə olunub
- Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV
- Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI
- Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI
- Sankt-Peterburqda kilsə fasadı nəhəng ekrana çevrilib
- Ara yenidən qarışdı: Paşinyanın hansı qərarı Moskvanı narahat edir? - Baku TV CANLI
