Pleyeri seçin:
Qazaxıstanda 10 ilə qədər yaşamaq üçün... | Yeni qaydalar açıqlandı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstan uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə yönəlmiş yeni viza proqramına başlayır.
Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
Belə ki, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər.
“Qızıl viza” sonradan Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verəcək. Bu yenilik açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqəti əks etdirir”, ‒ deyə məlumatda qeyd edilir.
Kopyalandı
#Qazaxıstan teqi istifadə olunub
- Azərbaycan və Qazaxıstanın birgə təşəbbüsü hansı imkanları açacaq? - Baku TV
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı
- Silah, narkotik və qadağan olunmuş kitablar: Şübhəlilərin evindən nə çıxdı? - Baku TV CANLI
- Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
