Qədim kişilərin başı balaca olub? - Alimləri mat qoyan tapıntı
Yeniliklərdən dərhal xəbərdar olun
Çinin Quansi-Çjuan Muxtar Rayonundan olan alimlər müasir 3D texnologiyalarından istifadə edərək 16 min il əvvəl yaşamış insanın görünüşünü bərpa ediblər.
Qədim insanın qalıqları Yahuay mağarasında tapılıb. Bu, Çin ərazisində aşkar edilmiş Paleolit dövrünə aid ikinci dəfn yeridir.
Tapıntı qədim insanların müxtəlifliyi, miqrasiya prosesləri və son Paleolit dövrü insanlarının adətləri haqqında daha çox məlumat əldə etməyə imkan verəcək.
Aparılan tədqiqat nəticəsində alimlər müəyyən ediblər ki, qədim insanın kəlləsi müasir qadınların kəllələrindən böyük, lakin müasir kişilərin kəllələrindən kiçikdir. Alın sümüyü qalxmış vəziyyətdədir. Bərpa edilmiş üz dairəvi formaya, dar gözlərə, nisbətən dolğun dodaqlara və yastı buruna malikdir.
#Çin teqi istifadə olunub
- Humanoidlər və robot itləri real dağ şəraitində sınaqdan keçiriləcək
- Peyklərin buraxılışı layihənin yeni mərhələsi kimi təqdim olunur
- Momoge qoruğunda köçəri quşların təhlükəsizliyi üçün tədbirlər gücləndirilib
- Veyçjou adası yaxınlığında nadir dəniz canlılarının sayı artır
- Strateji dəniz yolundakı tikinti niyə diqqət mərkəzindədir? - Baku TV CANLI
