Qərb şirkətləri Rusiya bazarına qayıdır? - Putin şərti açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin hökumətə 2022-ci ilin fevralından sonra ölkəni tərk etmiş xarici şirkətlərin Rusiya bazarına qayıda bilməsi üçün mexanizm hazırlamağı tapşırıb.
Rusiya mətbuatına istinadən xəbər verir ki, Putini məlumatı Rusiya Sahibkarlar və Sənayeçilər İttifaqının qurultayında çıxışı zamanı açıqlayıb.
O, Qərb şirkətlərinin Rusiya bazarına qayıtması üçün nüansları qeyd edib.
Putin bildirib ki, Rusiyadakı bizneslərini endirimli qiymətlə satıb çıxanlar eyni qiymətə geri qaytara bilməyəcəklər.
O deyib ki, xarici şirkətlərin Rusiya bazarına qayıtmasının əlaqələndirilməsi proseduru “mümkün qədər şəffaf” olmalıdır.
Onun sözlərinə görə, xarici sahibkarlara Rusiyada “vicdanla və məsuliyyətlə biznes aparmağa” məcburi təminat vermək lazımdır.
Putin bir çox şirkətlərin işləməyə davam etdiyini, kadrlarını saxladığını və nəzarəti Rusiya rəhbərliyinə verdiyini diqqətə çatdırıb:
“Yəni onlar bizim bazarda işləməyə davam etdilər, lakin fərqli bir marka altında. Onlar müstəqil və məsuliyyətli seçim etdilər və təbii ki, biz bu seçimə hörmətlə yanaşırıq və tərəfdaşlarımıza hörmətlə yanaşacağıq”.
Putinin sözlərinə görə, Qərb bizneslərinin yerli bazara qayıtması üçün heç bir xüsusi şərait yaradılmayacaq.
O xatırladıb ki, ölkədən heç bir şirkət çıxarılmayıb, lakin hakimiyyət mövcud vəziyyətdən çıxış edəcək.
Hansı şirkətlərin Rusiyada fəaliyyətini bərpa edə biləcəyi barədə hələ dəqiq bir anlayış yoxdur. Ancaq bazarı tərk edərkən bəziləri geri qayıtmaq fürsətini saxlayıblar. Söhbət səhmlərin geri alınması opsionunun bağlanmasından gedir: “Mercedes-Benz”in belə opsionları var, opsion müddəti satış tarixindən 6 ildir, “McDonald’s” 15 il, “L’Occitane” 5 il və s.
#Rusiya teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV
- Putin Avropanın ən böyük problemini nədə görür? - Baku TV CANLI
