Qəribə müalicə metodu | Donuz balaları insanları görün necə sağaldır
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna qəribə terapiya üsulundan istifadəyə başlayıb.
Müharibədə yaralanan sakinlərin psixoloji müalicəsinə donuz balaları kömək edir. Bu üsul insanların savaşa görə keçirdiyi psixoloji sarsıntını azaldır. Hər halda, terapiyanı keçənlər belə deyirlər.
Xarkovdan müalicə üçün Kiyevə gətirilən Lina Yanopola bildirib ki, “gərginliyim bir az yüngülləşən kimi ağlamağa başlayıram. Ona görə də o metoddan istifadə etmirəm. Ən yaxşısı, donuz balaları ilə keçirdiyimiz vaxtdır. Onlar mənə sevinc bəxş edirlər”.
Üç uşaq anası İrina Kustova isə övladlarını donuz balaları ilə oynamağa gətirir ki, uşaqların psixologiyasında savaş travması möhkəmlənməsin.
Məntəqənin yaradılmasında məqsəd hava həyəcanı, PUA və partlayış səslərinə görə qorxu içində olan sakinlərin stresini azaltmaqdır.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
