Qətərdə keçirilən forumda qlobal problemlər müzakirə edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə “İnnovasiyanın zəruriliyi” mövzusunda 22-ci Beynəlxalq Doha Forumu keçirilib.
Forum zamanı 80-dən çox iclasda qlobal miqyasda ən aktual və təhlükəli çağırışlar üçün innovativ həll yolları müzakirə olunub.
Müzakirələr geosiyasi gərginliklərdən və qlobal təhlükəsizlikdən tutmuş humanitar böhranlar və texnoloji inkişaflara qədər geniş mövzuları əhatə edib. Çıxışlarda beynəlxalq sistemin bir çox böhranlar və qlobal problemlərlə mübarizədə uğursuz olduğu bildirilib.
Builki forumda ümumilikdə 150-dən çox ölkədən 4500-dən çox nümayəndə, o cümlədən hökumət başçıları, nazirlər, parlament üzvləri, akademiklər, biznes dairələrinin rəhbərləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və müxtəlif ölkələrdən ekspertlər iştirak ediblər.
Qeyd edək ki, 21-ci Doha Forumu 2023-cü ilin dekabrında baş tutmuşdu.
#Qətər teqi istifadə olunub
- Qətər İranı dəniz hücumlarına son qoymağa çağırdı - Baku TV CANLI
- İlham Əliyev və Şeyx Təmim bin Həməd Al Tani arasında görüş keçirilib - Baku TV
- Qətərli nazir ABŞ-nin açıqlamasını tamamilə yanlış hesab etdiyini bildirib
- Hörmüzdə yaranan kritik vəziyyət yanacaq böhranı yaradacaq? | Qətərdən xəbərdarlıq - ANA XƏBƏR
- Ankara və Doha regional gərginliyin azaldılması yollarını müzakirə etdi - Baku TV
