Qeyri-adi adanın sirri | Telefon yoxdur, getməyin tək yolu isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Yer üzündə insanların yaşadığı ən təcrid olunmuş yerlərdən biri Sakit okeanın cənub-şərqində yerləşən Pasxa adasıdır.
Buraya yalnız Çilinin paytaxtı Santyaqodan gündəlik birbaşa aviareyslə çatmaq mümkündür.
Bu səyahət təxminən altı saat davam edir. Amma buna baxmayaraq, hər il minlərlə turist bu füsunkar məkanı görmək üçün oraya səyahət edir.
7000-dən az insanın yaşadığı adanı cazibədar edən qədim polineziyalılar, yəni Rapa-Nui xalqı tərəfindən hazırlanmış nəhəng "Moai" daş heykəlləridir. Onların əksəriyyəti 4 metr hündürlüyündədir və vulkanik qayadan yonulub. İnanılır ki, bu heykəllər Rapa-Nui xalqının keçmiş əcdadlarının ruhlarını təmsil edir.
Adanın 40 faizi üç "yatmış" vulkanı əhatə edən Rapa-Nui Milli Parkına daxildir. Burada mobil telefon əlaqəsi praktiki olaraq yoxdur. Adanı avtomobillə bir gün ərzində tam gəzib dolaşmaq mümkündür.
Qeyd edək ki, 1995-ci ildə ada UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
#Sakit okean teqi istifadə olunub
- El-Ninyo dünyanı necə dəyişəcək?
- Güclənən təbiət hadisəsi Sakit okean regionunda təhlükəni artırır
- Sakit okeanda güclənən Karina qasırğası bölgədə yenidən ciddi təhlükə yaradır - Baku TV CANLI
- ABŞ Prezidenti Atlantik və Sakit okeanın adını dəyişdirir?
- Sakit okeanın Çili sahillərində möhtəşəm balina ailəsi görüntülənib
