Qəzza ilə bağlı şok statistika | İsrail Ordusu yenidən hücuma keçdi
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzza zolağında İsrailin hücumları nəticəsində ölən fələstinlilərin sayı 2023-cü il oktyabrın 7-dən bu yana 61 499 nəfərə yüksəlib, 153 575 nəfər isə yaralanıb.
Bildirilir ki, İsrailin son 24 saat ərzində anklavda həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 69 fələstinli həlak olub, 362 nəfər yaralanıb.
İordan çayının qərb sahilindəki qaçqın düşərgəsindəki media komitəsi bəyanat yayaraq, 22 mindən çox sakinin didərgin düşdüyünü bildirib.
Bəyanata görə, İsrailin qaçqın düşərgəsində keçirdiyi hərbi əməliyyatlar 620-dən çox evin tamamilə dağılmasına, eləcə də bölgənin infrastrukturuna böyük ziyan dəyməsinə səbəb olub.
Bundan başqa, avqustun 10-da İsrailin hücumu nəticəsində həlak olan “Əl-Cəzirə” telekanalının beş əməkdaşının dəfn mərasimi keçirilib. “Əl-Cəzirə” bəyanatında hücumu mətbuat azadlığına növbəti açıq və qəsdən hücum kimi qiymətləndirib.
#Qəzza zolağı teqi istifadə olunub
