Qəzzada tarixi an | HƏMAS üçün sonun başlanğıcıdır?
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin Baş naziri Benyamin Netanyahu ordunun Qəzza şəhəri üzərində nəzarət və HƏMAS radikal hərəkatının məğlubiyyəti ilə bağlı planlarını təsdiqləyib.
TASS agentliyi xəbər verir ki, bu barədə Baş nazirin ofisinin müşaviri Dmitri Gendelman bildirib.
Gendelman qeyd edib ki, Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün İsrail nümayəndə heyətinin Qətərə və ya Misirə göndərilməsi qərarı nəzərdən keçirilir.
"Qəzzanı ələ keçirmək və HƏMAS-ı məğlub etmək üçün İsrail Müdafiə Ordusunun mənə və müdafiə nazirinə təqdim etdiyi planları təsdiqləmək üçün zolağa gəldim. Eyni zamanda oğurlanmış bütün vətəndaşlarımızı azad etmək və İsrail üçün məqbul şərtlərlə müharibəyə son qoymaq üçün dərhal danışıqlara başlamaq əmrini verdim", – deyə B.Netanyahu bildirib.
#Qəzza zolağı teqi istifadə olunub
