Pleyeri seçin:
Qəzzadakı müharibədə 95 jurnalist qətlə yetirildi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəzzada oktyabrın 7-dən indiyə qədər azı 95 jurnalist həlak olub. Bu barədə Qətərin “Al Jazeera“ kanalı məlumat yayıb.
Qeyd edək ki, hələ dekabrın əvvəlində öldürülən media nümayəndələrinin sayı 89 idi.
Xatırladaq ki, HƏMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” əməliyyatına başladığını bəyan edib.
Hərbi əməliyyatlar 73 gündür ki, davam edir. Bu müddət ərzində 1600 israilli, 18 270 fələstinli həlak olub. Hazırda Qəzza zolağı dünyanın ən qaynar nöqtəsi hesab edilir.
Kopyalandı
#Qəzza zolağı teqi istifadə olunub
